Әmǝliyyat nǝticǝsindǝ 100 silahlı öldürülüb
Hindistanda tǝhlükǝsizlik qüvvǝlǝri ölkǝnin Myanma sǝrhǝd mǝntǝqǝsindǝ üsyançılara qarşı ǝmǝliyyat hǝyata keçirib.
Hindistanda tǝhlükǝsizlik qüvvǝlǝri ölkǝnin Myanma sǝrhǝd mǝntǝqǝsindǝ üsyançılara qarşı ǝmǝliyyat hǝyata keçirib.
Әmǝliyyat nǝticǝsindǝ 100 silahlı öldürülüb.
Hindistan Taym qǝzetinin mǝlumatına ǝsasǝn, ǝmǝliyyat Myanma sǝrhǝd mǝntǝqǝsinin tǝqribǝn 4 km daxilindǝ hǝyata keçirilib vǝ 45 dǝqiqǝ davam edib. Әmǝliyyat haqqında myanmalı rǝsmilǝrǝ mǝlumat verildiyi bildirilib.
Hindistanın şimal-şǝrqindǝ hökumǝtin tǝbii sǝrvǝtlǝrdǝn istifadǝ etdiyi halda mǝhǝlli problemlǝrlǝ maraqlanmadığını iddia edǝn maoçu separatçı qruplar fǝaliyyǝt göstǝrir.
Hindistan tǝhlükǝsizlik qüvvǝlǝri üsyançıların keçǝn hǝftǝ Manipur ǝyalǝtindǝ hǝrbi karvana hücum edǝrǝk 18 ǝsgǝri öldürmǝsindǝn sonra bölgǝdǝ ǝmǝliyyat başlatmışdı.
Qeyd edǝk ki, Myanma 2010-cu ildǝn bǝridir Hindistan silahlı qüvvǝlǝrinin üsyançılara öz torpaqlarında müdaxilǝsinǝ icazǝ verir.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.