ABŞ-da Türk məscidinə hücum təşkil edilib

Hadisə nəticəsində zərərçəkən olmayıb

301355
ABŞ-da Türk məscidinə  hücum təşkil edilib

Diyanət İşləri İdarəsi və Ahıska Türk Amerikan Dərnəkləri Şurasının ABŞ-ın Massachusetts ştatında yaratdığı ‘‘Ahıska Türk Amerika Mədəniyyət Mərkəzi və Məscidi’’ naməlüm maskalı şəxslər tərəfindən daşlanıb. Məsciddə imamın həyat yoldaşı və 2 uşağı olub. Hadisə nəticəsində zərərçəkən olmayıb. Hücumun islam əleyhdarları ilə əlaqəsi olub olmadığı araşdırılır. Ahıska Türk Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Osmanlı, hadisədən təxminən bir saat sonra məscidə gələn polisin məlumat toplayaraq istintaq başlatdığını bildirib. Osmanlı, hücumla əlaqədar Türkiyənin Boston Baş konsulluğuna məlumat verdiklərini də bildirib. Qeyd edək ki, Ahıska Türk Amerika Mədəniyyət Mərkəzi və Məscidi mart ayında xidmət göstərir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr