Argentinada hökumət tələbləri yenə qulaqardına vurarsa

Argentinanın paytaxtı Buenos Airesdə yüksək inflyasiya və vergilərə etiraz bildirmək üçün həmkarlar ittifaqlarının çağırışı ilə başlanılan ümummilli tətil həyatı iflic edib.

298866
Argentinada hökumət tələbləri yenə qulaqardına vurarsa

  Dövlət başçısı Kristina Fernandes de Krişnerin (Cristina Fernandez de Kirchner) ilin əvvəlində verdiyi devalvasiya, yəni enmə dəyər qərarına edilən etiraz tətili nəqliyyat sektorunu da dayanma nöqtəsinə gətirib.

  Buenos Airesdə təyyarə səfərləri təxirə salınıb, limanlarda iş dayanıb, tramvay, avtobus, metro və qatar hərəkəti durub.

  İnsanlar işə, şagirdlər məktəblərə getməyib.

  Bələdiyyə işçiləri də tətilə qoşulunca küçələrdə zir-zibil təmizlənməmiş qalıb.

  Ölkədə inflyasiya 30 faizə yüksəldiyi üçün işçilər də maaşlarının buna görə artırılmasını
istəyir.

  Hökumət tələbləri yenə qulaqardına vurarsa, ölkənin ən böyük işçi kütləsi qarşı həftələrdə uzunmüddətli tətilə çıxa biləcəkləri xəbərdarlığı etmişlər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr