Sudanda yeni hökumət fəaliyyətə keçdi

Sudanda aprel ayı Prezident seçkilərində qazanaraq iqtidarını beş illik bir dövr üçün daha da uzadan Ömər Əl Bəşir and içərək vəzifəsinin icrasına başlayıb.

291894
Sudanda yeni hökumət fəaliyyətə keçdi

  Bəşir ilk olaraq köhnə hökuməti ləğv edib, yəni 7 köməkçisinin vəzifəsinə son verib.

  İqtidardakı Milli Konqres Partiyası sədrinin müavini İbrahim Qandur (Gandur) da yeni hökumətin qurulmasının gecikməyəcəyini və 2 gün içində elan ediləcəyini söyləyib.

  Xatırladaq ki, Ömər Əl Bəşir müxalifətin boykot etdiyi aprel ayı seçkilərində 94 faiz səs çoxluğuyla seçilərərk Prezident olub.

  Sudanı 25 ildir idarə edən Bəşir andiçmə mərasimində etdiyi çıxışı zamanı özünə səs verənlərlə verməyənlər arasında ayrı-seçkilik etməyəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr