"Azadlıq Aktı" qəbul edilib

Telefon danışıqları haqda kütləvi məlumatların toplanması səlahiyyətlərini sona çatdıran “Azadlıq Aktı” (Freedom Act) qəbul edilib.

292116
"Azadlıq Aktı" qəbul edilib

ABŞ Senatı, kəşfiyyat təşkilatlarının ölkə daxilində telefon danışıqları haqda kütləvi məlumatların toplanması səlahiyyətlərini sona çatdıran “Azadlıq Aktı”nı (Freedom Act) qəbul edib. Qanun layihəsinin leyhinə 67, əleyhinə isə 32 sәs verilib. Nümayəndələr Palatasında daha əvvəl təsdiqlənən layihə, imzalaması üçün ABŞ prezidenti Barak Obamaya göndəriləcək. Obamanın da qanunu rədd etməyəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ-da 11 sentyabr hücumlarından sonra qüvvəyə minən və kəşfiyyat təşkilatlarına izləmə səlahiyyətləri təmin edən “Vətənpərvərlik Aktı”nın (Patriot Act) bəzi maddələrinin müddəti sona çatıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr