Hadisǝ nǝticǝsindǝ 20 nǝfǝr ölüb

Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar iki avtobusa hücum ediblǝr.

297407
Hadisǝ nǝticǝsindǝ 20 nǝfǝr ölüb

Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar iki avtobusa hücum ediblǝr.
Hadisǝ zamanı ilk mǝlumatlara görǝ 20 nǝfǝr ölüb.
Karaçi şǝhǝrinǝ getmǝk üçün Bǝlucistan ǝyalǝtinin paytaxtı Kǝttadan yola düşǝn iki sǝrnişin avtobusu namǝlum şǝxslǝr tǝrǝfindǝn Khad Kuç bölgǝsindǝ saxlanılıb. Silahlı şǝxslǝr avtobuslara atǝş açıblar.
Bǝlucistan ǝyalǝtinin Daxili İşlǝr naziri Serfiraz Bugti avtosbuslarda neçǝ sǝrnişinin olduğu haqqında mǝlumatın olmadığını, ölü sayının arta bilǝcǝyindǝn narahat olduqlarını bildirib.
Bölgǝyǝ cǝlb edilǝn tǝhlükǝsizlik qüvvǝlǝri ilǝ silahlı qrup arasında toqquşma yarandığı qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr