Peruda mis mədənlərinin çalışması və çalışmaması üçün etirazlar

Peruda mədənçilərin bir həftədir davam edən aksiyası qarşıdurmalara səbəb olub.

289977
Peruda mis mədənlərinin çalışması və çalışmaması üçün etirazlar

  Ölkədə fəaliyyət göstərən Çinin mis mədən zavodu 85 nəfəri işdən çıxarıb və bununla da tətil başlayıb. Polis və nümayişçilər arasında qarşıdurma yaranıb, 20 yaşlı bir gənc ağır yaralanıb, bir nəfər ölüb.

  Digər tərəfdən, Tambo Vadisində bazar günündən 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, mis mədənlərinə etiraz edən nümayişlər davam edir.

  Yerli xalq 1,4 milyard dollarlıq açıq mədənin təsərrüfat sahəsi olan bölgəni kirlətdiyindən narahatlığını dilə gətirir.

  Xatırladaq ki, dünyanın üçüncü böyük mis istehsalçısı sayılan Peru ixracat gəlirlərinin 62 faizini misdən əldə edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr