Rusiyada ABŞ və Ai üçün "narahatedici addım"

Rusiya prezidenti Vladimir Putin xarici Qeyri-Hökumət Təşkilatları (QHT) ilə əlaqədar yeni qanun layihəsini təsdiqləyib.

288220
Rusiyada ABŞ və Ai üçün "narahatedici addım"

  Yeni qanun konstitusiya nizam və təhlükəsizliyinə təhdid olduğu zaman xarici QHT-nin "İstənilməyən" elan edilərək bağlanılmasını, bank hesablarının blok edilməsini, əlaqədə olduqları vətəndaşlara yüksək cərimələri və 6 ilə qədər həbs cəzası verilməsini nəzərdə tutur.

  Hansı QHT “qara siyahı”ya alınacaq barədə isə Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birlikdə qərar verəcəklər.

  Qanunun tərəfində olanlar bu yolla ölkəyə xarici müdaxilənin qarşısını almaq fikrini dəstəkləyirlər.

  Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqının İnsan Haqqlarını Müşahidə Təşkilatı başda olmaqla digər beynəlxalq təşkilatlar da bu qanunu bəyənməyiblər.

  Brüssel qanunu "narahatedici addım" və “Rusiyada söz azadlığının azalması”, Vaşinqton (Washington) isə “Kremli hədəf alan tənqidlərə qarşı məhdudlaşdırma” adlandırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr