Narkotik qaçaqmalçılarla polis arasında qarşıdurma baş verib

Meksikada narkotik qaçaqmalçılarla polis arasında qarşıdurma baş verib.

285585
Narkotik qaçaqmalçılarla polis arasında qarşıdurma baş verib

Meksikada narkotik karteli ilə polis arasında qarşıdurma baş verib.
Hadisə nəticəsində 44 nəfər həyatını itirib.
Meksikada narkotik karteli ilə polis arasında baş verən qarşıdurmada 44 nəfər həyatını itirib. Ölənlər arasında 2 polisin olduğu, qarşıdurmalarda həyatını itirənlərin çoxunun isə narkotik kartel üzvləri olduğu bildirilir.
Qeyd edək ki, son günlərdə ölkədə mafiya ilə təhlükəsizlik güvvələri arasında baş verən qarşıdurmalar artıb. Ordu kimi hərəkət edən narkotik kartelləri tez-tez Meksika polisinə hücumlar təşkil edir. Meksikada 2007-ci ildən bu zamana qədər davam edən qarşıdurmalarda 100 mindən çox insan həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr