Kaliforniya qara rǝngǝ boyanıb

əyalətdə təcili vəziyyət elan edilib

283521
Kaliforniya  qara rǝngǝ boyanıb

Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində dəniz qara rǝngǝ boyanıb

Kaliforniya əyalətinin turizm şəhəri olan Santa Barbara sahilləri  qara rəng alıb.

Neft boru xəttindən sızan tonlarla yanacaq, dənizdə 14 kilometrlik bir sahəyə yayılıb.

Şəhərin əsas çimərliklərindən birinə axarag,  neft gölməçələri meydana gətirib.

Vəziyyətdǝn çıxa bilmǝyǝn səlahiyyətlilər neft xəttindəki axışı kəsib.

Sızıntı səbəbiylə əyalətdə təcili vəziyyət elan edilib,  bölgədə balıq ovu qadağan olub.

 Çimərlik istifadəyə bağlanaraq , neft boru xətti şirkəti və ətraf mühiti mühafizə işçilərindən ibarət qrup təmizlik işlərinə başlayıb.Okeanın təmizlənməsi üçün yüzlərlə könüllü insan sahilə axın edib.

Santa Barbarada 1969-ci ildə də minlərlə ton neft  okeana tökülmüş, ətraf mühit fəlakəti yaşanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr