Növbəti zəlzələ yenə Nepalı silkələdi

25 aprel fəlakətinin yaraları sağalmadan Nepalda 7,3 bal gücündə yenidən zəlzələ baş verib. İlkin məlumata görə, 19 adam həyatını itirib, minə yaxın yaralı var.

271481
Növbəti zəlzələ yenə Nepalı silkələdi

  Hindistanda da güclü zəlzələ nəticəsində Biharda 4 adam ölüb.

  Zəlzələnin mərkəzi Nepalın Çin sərhədi yaxınlığındakı Namçe Bazar kəndi olub.

  Amerika Geoloji Araşdırma Mərkəzi zəlzələnin yerin 19 kilometr altında meydana gəldiyini bildirib.

  Chautara bölgəsində olan zəlzələ paytaxt Katmanduda çaxnaşmaya səbəb olub, camaat qorxaraq küçələrə tökülüb. Ölkənin tək beynəlxalq hava limanı uçuşlara bağlanılıb.

  Xatırladaq ki, Nepalda 25 apreldə 7,8 bal gücündə olan zəlzələdə 8 mindən çox adam həyatını itirib, 17 min 800 adam yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr