Yəməndə Husilərə qarşı əməliyyatlar davam edir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə aid təyyarələr Qahirə Qalasına 5 hava hücumu təşkil edilib

269607
Yəməndə Husilərə qarşı əməliyyatlar davam edir

Yəməndə koalisiya qüvvələrinin Husilərə qarşı əməliyyatları davam edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya aid təyyarələr, keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları və Husilərin hərbi qərargah olaraq istifadə etdikləri Qahirə Qalasına 5 hava hücumu təşkil edib.
Digər tərəfdən, "Ədənin ürəyi" adlandırılan strateji əhəmiyyətli Krater qəsəbəsinin husilərin nəzarətində olduğu bildirilir.
Mərakeş ordusu isə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə məxsus F-16 döyüş təyyarəsinin yoxa çıxdığını bildirib.
Xatırladaq ki, Husilərin qarşısını almaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri, martın 26 da “Dayanıqlılıq Fırtınası” adlandırılan hava hərəkatı başlatmışdı. Aprelin 21-i isə əməliyyatın sona çatdığı açıqlanmış və Yəmən xalqı üçün artıq "Umuda Dönüş" əməliyyatının başladığı bildirilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr