İkinci Dünya Müharibǝsinin 70-ci ildönümü

Bəşəriyyət tarixinin ǝn böyük müharibəsi

267619
İkinci Dünya Müharibǝsinin 70-ci ildönümü

Bəşəriyyət tarixinin ǝn böyük müharibəsi olan İkinci Dünya Müharibǝsinin

sona çatmasının 70-ci ildönümü Avropa və Rusiyada qeyd edilir. 

8 May 1945-ci ildǝ , Almaniyanın mǝğlub olmasıyla, İkinci Dünya Müharibəsi,

Avropa cəbhəsində sona çatmışdı. 50 milyon insanın həyatını itirdiyi, tarixin ən böyük

müharibəsinin sona çatması səbəbi ilǝ Avropa ilə Rusiyada mərasimlər təşkil edilir.

Polşadakı mərasimlər 1939-ci ildə müharibənin başladığı Qdansk yaxınlığında təşkil edildi.

Polşa Dövlət Başçısı Bronislav Komorowski, mərasimdə etdiyi çıxışda , döyüşün sona çatmasının

ölkəsinə azadlıq gətirmədiyini, 45 illik Sovet əsarətinə yol açdığını söylədi.

Varşovadaki mərasimlərə Polşa, Ukrayna və bəzi Orta Avropa ölkələri liderləri, Birləşmiş

Millətlər Təşkilatının  Baş katibi Ban Ki Moon qatıldı. Parisdəki mərasimdə Amerika Dövlǝt Katibi

John Kerryni, Fransız liderləri yalnız buraxmadı. Brüsseldən Praqaya qədər çox sayda şəhərdə

mərasimlər keçirildi. İngiltərənin paytaxtı Londonda 2 dəqiqəlik hörmət duruşunda durdular.

Fənərlər yandırıldı, kilsələrdə zənglər çalındı .

Almaniya isə 8 mayı Almaniyadan qurtuluş günü olaraq xatırlayır.

Bu məqsədlə Alman parlamentində xüsusi bir iclas təşkil edildi, tarixlə üzlǝşildi.

Rusiyada isə sabah mərasimlər keçiriləcək. Moskvada keçiriləcək mərasimi, Ukrayna mövzusundakı anlaşılmazlıq səbəbindən Qərb liderlər boykot edir.

Almaniya Baş naziri Angela Merkel, Moskvada Bazar günü keçiriləcək mǝrasimlǝrǝ qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr