Robert Menard haqqında istintaq başladılıb

“Menardın əvəzinə utanıram. Respublika, hər bir uşağa bərabər yanaşır”.

263498
Robert Menard haqqında istintaq başladılıb

Manuel Vals: “Menardın əvəzinə utanıram. Respublika, hər bir uşağa bərabər yanaşır”
Fransanın Beziers şəhərindəki müsəlman tələbələrin statistik məlumatlarını araşdıran bәlәdiyyә sәdri Robert Menard haqqında istintaq başladılıb.
Şəhər Baş Prokurorluğu nümayəndəsi telekanalların birində Menardın şəhər məktəb şagirdlərinin 64 faizinin müsəlman olmasını söyləməsilə tələbələrin dini inanclarının statistikasını açıqlaması və bununla da dini ayrı-seçkilik yaratması səbəbilə cinayət işinin açıldığını bildirib.
Fransa baş naziri Manuel Valls da “Twitter”də "Şəhər meri Menardın yerinə utanıram. Respublika, hər bir uşağa bərabər yanaşır" deyə yazıb.
Sosialist partiyasının deputatı Karina Berger də tələbələrin dini inanclarının statistikasının tutulmasını “Respublikaya qarşı təhqir” kimi qiymətləndirib.
Qeyd edək ki, Fransada 1978-ci ildə qəbul olunan qanuna görə vətəndaşların etnik və dini inanclarını əhatə edən statistikasının tutulması qadağandır.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr