Con Kerri (John Kerry) Somaliyə gedən ilk Amerika Dövlət katibi
Afrika ölkələrinə səfər edən Amerika Birləşmiş Ştatları Dövlət katibi Con Kerri (John Kerry) görüşlərini davam etdirir.
263169
Keniyadan sonra Somaliyə sürpriz səfər reallaşdıran Kerri Moqadişuda (Mogadişu) olub, terror təşkilatı Eşşebabla mübarizə barədə maraqlanıb. Amma Kerrinin Somali səfəri təhlükəsizlik səbəblərindən ictimaiyyətə son anda çatdırılıb. Hətta Kerri və Somali prezidenti söhbətlərini hava limanında gerçəkləşdiriblər. ABŞ-ın Somalilə əməkdaşlığı artıracağını deyən Kerri 20 ildən sonra yaxın zamanlarda Amerikadan Moqadişuya təkrar bir diplomatik səfər gələcəyini bildirib.
Qeyd edək ki, Con Kerri bu səfərilə Somaliyə gedən ilk Amerika Dövlət katibi kimi tarixə düşüb. Onun növbəti dayanacağı Cibuti olacaq.