Nigeriyada "Boko Haram"ın cəngindən 293 adam xilas edilib

Nigeriya ordusunun “Boko Haram”a təşkil etdiyi son hərbi əməliyyatda terrorçuların əlindən 200 qız və 93 qadın alınıb. Xilas edilənlərin kimliyi təsbit edilib və sağlamlıq testinə göndərilib.

254114
Nigeriyada "Boko Haram"ın cəngindən 293 adam xilas edilib

  Qurtarılanlar arasında keçən il 14 apreldə ölkənin şimal-şərqindəki Borno əyalətinə bağlı Çibok (Chibok) şəhərinə hücum zamanı bir məktəbdən qaçırılan 276 qızdan kimin olub-olmadığı araşdırılır. O zaman bu qızlardan 57-i terrorçuların əlindən qaçmağı bacarmışdı.

  Hərbi birliklərin Sambisa meşəsindəki əməliyyatlarında “Boko Haram”a aid 3 düşərgə də ələ keçirilib.

  Xatırladaq ki, Nigeriya sərhədi yaxınındakı Karamqa (Karamga) adasına keçən həftənin sonu təşkil edilən hücumda 18 əsgər və 46 vətəndaş həyatını itirmişdi. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr