"Dünya birliyi Qǝzzadakı müxtǝlif sektorlara dǝstǝyini artırmalı

Cemis Rovley dünya birliyinin başda sǝhiyyǝ olmaqla Qǝzzadakı müxtǝlif sektorlara dǝstǝyini artırmasının vacibliyini dilǝ gǝtirib.

254447
"Dünya birliyi Qǝzzadakı müxtǝlif sektorlara dǝstǝyini artırmalı

BMT-nin humanitar məsələləri üzrǝ koordinatoru Cemis Rovley (James Rowley) beynǝlxalq ictimaiyyǝti Qǝzzaya tǝtbiq edilǝn sanksiyalara son qoymağa vǝ Cemis Rovley
Dünya Sǝhiyyǝ Tǝşkilatı (WHO) vǝ avropalı diplomatlardan ibarǝt heyǝtlǝ bölgǝni ziyarǝt edǝn Rovley sanksiyalara son qoyulması üçün siyasi mǝnada fǝaliyyǝtlǝr olmadığı müddǝtdǝ Qǝzzada iqtisadiyyat vǝ sosial hǝyatda şǝrtlǝrin yaxşılaşdırılmasının qeyri-mümkün olduğunu söylǝyib.
Misir vǝ Qǝzza arasındakı Rifah keçid mǝntǝqǝsinin açılması ilǝ yanaşı xǝstǝlǝrin, yardım heyǝtlǝri vǝ tibbi lǝvazimatın keçmǝsinǝ icazǝ verilmǝsini istǝyǝn Rovley bildirib ki, dünya birliyi başda sǝhiyyǝ olmaqla Qǝzzadakı müxtǝlif sektorlara dǝstǝyini artırmalıdır.
Qeyd edǝk ki, İsrail illǝrdir mühasirǝdǝ saxladığı Qǝzzaya 2014-cü il iyulun 7-dǝn bǝridir havadan vǝ dǝnizdǝn, iyulun 17-dǝ isǝ qurudan hücum başladıb. Daha sonra ordunu qurudan geri çǝkǝrǝk hava hücumlarına davam edǝn İsrail hücumlarına Misirin vasitǝçiliyindǝ başladılan müzakirǝlǝrlǝ 26 avqust tarixindǝ fǝlǝstinli qruplarla qǝbul edilǝn atǝşkǝs qǝrarı ilǝ son qoymuşdur. İsrailin hücumlarında 2157 nǝfǝr hǝyatını itirib, 11000 artıq insan isǝ yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr