Qeyri-qanuni miqrasiya problemi

Avropa qeyri-leqal mühacirlərin axınının qarşısını alma yollarını axtarır.

252805
Qeyri-qanuni miqrasiya problemi

Avropa qeyri-leqal mühacirlərin axınının qarşısını alma yollarını axtarır.
İtaliya Baş naziri Matteo Renzi, Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və BMT-nin Baş katibi Pan Gi Mun faciələrin yaşandığı Aralıq dənizində bir araya gəlib.
Üçlük, qeyri-qanuni miqrasiya problemini, Siciliya sahillərindəki hərbi bir gəmidə müzakirə edib.
İtaliya baş naziri, immiqrant problemi ilə mübarizədə Avropa İttifaqı ölkələrini daha da məsuliyyətli olmağa çağırıb.
Avropa İttifaqı nümayəndəsi Mogherini isə öz növbəsində, İttifaqın İtaliyanı dəstəkləyəcəyinə söz verib.
BMT-nin Baş katibi Pan Gi Mon isə problemi güc tətbiq etmədən, siyasi yollarla həll olunmasının vacibliyini vurğulayıb.
Toplantı zamanı isə İtalyanın sahil təhlükəsizlik qrupları, Aralıq dənizində yeni bir immiqrant xilasetmə əməliyyatı reallaşdırıb. Liviya sahillərində 270-ə yaxın qeyri leqal immiqrant xilas edilərək Taranto Limanına aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr