Erməni ailələrdən Papaya reaksiya

Erməni əsilli ailələr, Katoliklərin ruhani lideri Papa Franciscusun 1915 hadisələrinə dair açıqlaması vә Avropa Parlamentinin 1915 hadisələrinə istiqamətli qərarına reaksiya göstәrib.

241796
Erməni ailələrdən Papaya reaksiya

Batman vilayәtindә yaşayan erməni əsilli ailələr, Katoliklərin ruhani lideri Papa Franciscusun 1915 hadisələrinə dair açıqlaması vә Avropa Parlamentinin 1915 hadisələrinə istiqamətli qərarına reaksiya göstәrib.
Batmanın Sason qisәbәsindә yaşayan erməni vətəndaşlar, "Fələstin, İraq və Suriyada yaşananları görməyənlər necə olur da 100 il əvvəlini görürlәr? Sualını ünvanlayıb.
Türkiyədə ayrı-seçkiliklə qarşılaşmadıqlarını sәslәndirәn Sason qәsәbәsindәki Ermənilər, "qondarma erməni iddialarına dair açıqlamaları vә qәbul edilәn qərarı qınayırıq. Әsassız açıqlamalar bizi narahat edir" deyiblәr.
Türkiyədə qardaşca yaşadıqlarını ifadә edәn Sasonlu Erməni vətəndaşlar, "Türkiyənin inkişafını istәmiyәnlәr var. Lakin bizlәr bütün Türklәrlә bәrabәr hüquqlar çәrçivәsindә dost və qardaşca yaşayırıq. Uşaqlarımız bu ölkədəki digər uşaqlarla eyni məktəbdə tәhsil alırlar. Bu günə qədər heç bir ayrı-seçkilik görmәdik. Bundan sonra da görmәyәcәyik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr