Almaniya qollarını çırmalayıb

Almaniya Daxili İşlər naziri Tomas de Maiziere ölkəyə ixtisaslı xariciləri gətirmək üçün marketinq strategiyasına ehtiyac duyulduğunu söyləyib.

236712
Almaniya qollarını çırmalayıb

  Nazir De Maiziere alman dili öyrənməyə meylin artmasını və Almaniyaya köçün mühüm tərəflərini dəyərləndirib.

  Almaniya xaricindəki ölkələrdə fəaliyyət göstərən alman şirkətlərinə də səslənən nazir ixtisaslı xariciləri işlətmək üçün daha çox səy göstərmələrini tövsiyə edib. Bununla əlaqədar De Maiziere mütəxəssislərin Almaniyaya rahat gəlməsini təmin etmək məqsədilə qanunda tənzimləmələr aparılmasının vacibliyinə toxunub.

  Maiziere bu fikirlə bağlı siyasətçilərin və sənayeçilərin birgə əməkdaşlığının əhəmiyyətli olacağını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr