ABŞ-ın İraqda işlǝdiyi günahlarla bağlı mǝhkǝmǝ prosesi

Mǝhkǝmǝ, günahkarlardan birini qǝsdǝn adam öldürmǝkdǝn ömürlük hǝbs cǝzasına mǝhkum edib.

235231
ABŞ-ın İraqda işlǝdiyi günahlarla bağlı mǝhkǝmǝ prosesi

ABŞ-ın işğalı zamanı İraqda insan hüquqlarına zidd mövqelǝri ilǝ tǝnqid edilǝn özǝl tǝhlükǝsizlik şirkǝti Blakvaterda (Blackwater) vǝzifǝli dörd tǝhlükǝsizlik işçisi ilǝ bağlı mǝhkǝmǝ prosesindǝ qǝrar açıqlanıb.
Vaşinqtondakı mǝhkǝmǝdǝ Blakvaterın sabiq tǝhlükǝsizlik işçilǝri 2007-ci ildǝ İraqın paytaxtı Bağdadda bir qovşaqda ortalığa atǝş edǝrǝk 14 sakini öldürmǝkdǝ günahkar qǝbul edilib.
Mǝhkǝmǝ, günahkarlardan birini qǝsdǝn adam öldürmǝkdǝn ömürlük hǝbs cǝzasına mǝhkum edib. Digǝr günahkarlara isǝ hǝrǝsinǝ 30 il iş kǝsilib.
Blakvater şirkǝtinin 2000-ci illǝrdǝ İraqda 60 mindǝn artıq “xüsusi tǝyinatlı gücü” olduğu güman edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr