Polşa Ukraynada sülhmәramlı qüvvә yerlәşdirilmәsinә dәstәk veri

Polşa Ukraynanın şərqinə sülhməramlı qüvvələrin göndərilməsini dəstəkləyəcək.

231989
Polşa Ukraynada sülhmәramlı qüvvә  yerlәşdirilmәsinә dәstәk veri

Polşa Ukraynanın şərqinə sülhməramlı qüvvələrin göndərilməsini dəstəkləyəcək.

Polşa prezidenti Bronislav Komorovski, Kiyevə 2 günlük səfəri çərçivəsində, Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Görüşdə, iki ölkə arasındakı əlaqələr və Ukraynanın şərqindəki vəziyyət müzakirə olunub.

Polşa prezidenti, ölkəsinin, Ukraynanın şərqinə sülhməramlı qüvvələrin göndərilməsini dəstəklədiyini bildirib.

Bunun çətin bir proses olduğunu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qərarını tələb etdiyini qeyd edən Komorovski, şuranın qərarından asılı olmayaraq, Ukraynanın şərqinə sülhməramlı güvvələrin göndərilməsini dəstəkləyəcəyini vurğulayıb.

Tərəflər Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi , iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə edib.

Ukrayna və Polşa, beynəlxalq hərbi təlimlərdə birgə iştiraketmə məsələsində razılıq da əldə edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr