Avropa İnsan Hüquqları Məhkəməsindәn İtaliyaya çağırış

Avropa İnsan Hüquqları Məhkəməsi,İtalyanın təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi şiddətin işgəncəyə vardığına hökm verib.

230706
Avropa İnsan Hüquqları Məhkəməsindәn İtaliyaya  çağırış

Avropa İnsan Hüquqları Məhkəməsi, 2001-ci ildə Cenevrədə keçirilən G8 zirvə toplantısı zamanı baş verən hadisələrdə, İtalyanın təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi şiddətin işgəncəyə vardığına hökm verib.
Məhkəmə qərarında, işgəncənin cinayət sayılmaması halında, buna bənzər hadisələrin təkrar yaşanmasının qarşısını almağın mümkün olmadığını vurğulayaraq, İtaliyanı cəza qanununda işgəncəni cinayət halına gətirəcək dəyişikliklər etməyə çağırıb.

Qeyd edək ki, 2001-ci ildə G8 zirvə toplantısını boykot edən aksiyaçılarla təhlükəsizlik güvvələri arasında baş verən qarşıdurmalardan sonra, polis aksiya iştirakçılarının qaldığı Armando Diaz Liseyinə basqın etmişdir.

300-dən çox polisin iştitak etdiyi basqında 61 aksiyaçı və jurnalist yaralanmışdır.

Tanınmamaq üçün maska taxan polislərin, müvəqqəti saxlanılma mərkəzinə götürdükləri aksiyaçıları fiziki və psixoloji işgəncələrə məruz qoyduqları ortaya çıxmışdı.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr