Daşğınlar nəticəsində 45 nəfər həlak olub

Verilǝn mǝlumata görə, təbii fəlakət nəticəsində daha 20-dək insan itkin düşüb.

288628
Daşğınlar nəticəsində 45 nəfər həlak olub

Cǝnubi Amerika ölkǝsi olan Çilidǝ 5 gündür tǝsirli olan güclü yağışın sǝbǝb olduğu daşqın nəticəsində 17 nəfər ölüb.
Verilǝn mǝlumata görə, təbii fəlakət nəticəsində daha 20-dək insan da itkin düşüb.
Ölkə prezidenti Mişel Baçelet bölgədə vəziyyətin hələ də gərgin olduğunu, ölənlərin sayının arta biləcəyini vǝ fǝlakǝtin tǝsirli olduğu bölgǝlǝr üçün 10 milyon dollar vǝsait ayrılacağını qeyd edib.
Kopiapo (Copiapo) çayının daşmasına sǝbǝb olan vǝ son 80 ilin ǝn ciddi fǝlakǝtinǝ sǝhnǝ olan Atakama bölgǝsindǝn torpaq sürüşmǝsi riskinǝ qarşı minlǝrlǝ insan tǝxliyǝ edilib.

Güvlü yağış 28 nəfərin ölümünə səbəb olan Peruda da təsirli olub.

Xüsusilə ölkənin cənubunda körpüləri dağıdan daşğın səbəbindən minlərlə insan evlərini tərk edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr