PEGİDA üzvləri sabah Kanadada aksiya keçirəcək

"Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar" hərəkəti (PEGİDA) üzvləri, sabah Kanadada aksiya keçirəcək.

283316
PEGİDA üzvləri sabah Kanadada aksiya keçirəcək

"Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar" hərəkəti (PEGİDA) üzvləri, sabah Kanadada aksiya keçirəcək.
Ötən ilin oktyabr ayında Almaniyanın Dresden şəhərində yaradılan və ilk nümayişini də elə burada keçirən İslam ǝleyhinǝ olan PEGIDA, Kanadada təşkil ediləcək aksiya üçün, Monreal şəhərinin Kiçik Magrib (Little Maghreb) Məhəlləsi kimi tanınan, Şimali Afrika mənşəli müsəlmanların yaşadığı Villeray-Saint-Michel-Parc-Extension bölgəsini seçib.
Sosial şəbəkələr vasitəsi ilə tərəfdarlar axtaran PEGİDA, indiyə qədər Kvebek və Bristiş Columbiya əyalətlərində 3 minə yaxın tərəfdar toplayıb.
Monreal Bələdiyyə başçısı Denis Koderre, "İslamofobiya nümunəsi olan bu hərəkatı qınayıram" deyib.
Millət vəkili Fransua David, nümayişin keşirilməsinə qarşı çıxıb.
“Project Montreal” adlı qrupun lideri Guilam Lavu isə; “Monreal xalqına səslənirəm: PEGIDA-nın sözləri sizi aldatmasın. Şəhər əhalisinin bu aksiyada iştirak etməyəcəklərinə ümid edirəm. PEGİDA üzvləri isə nəzərə alsın ki, Monreal onların nümayişi üçün heç də uyğun bir yer deyil" deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr