Vanuatuda Pam qasırğasında 24 nəfər ölüb

Sakit Okeandakı ada dövlətlərindən olan Vanuatuda Pam qasırğası olub.

267258
Vanuatuda Pam qasırğasında 24 nəfər ölüb

Sakit Okeandakı ada dövlətlərindən olan Vanuatuda Pam qasırğası olub.
Verilən məlumata görə təbii fəlakət 24 nəfərin ölümü ilə nəticələnib.
Sürəti saatda 270 km çatan qasırğa ölkədə böyük bir fəlakətə səbəb olub.
Belə ki, paytaxt Port Vilada güclü dağıntılar qeydə alınıb.
Ölkə prezidenti Boldvin Lonsdeyl paytaxtdakı binaların doxsan faizinin yerlə-yeksan olduğunu bildirib.
Yaponiyada səfərdə olan prezident sadəcə yaşayış evlərinin deyil, məktəb və xəstəxanaların da dağıldığını, ölkədə fövqəladə vəziyyət elan edildiyini deyib.
Qeyd edək ki, onlarla adadan ibarət olan Vanautuda təxminən 270 000 insan yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr