Ukraynanın şərqində toqquşmalar davam edir

Ölkənin şərqindəki toqquşmalar şiddətlənərək davam edir

260284
Ukraynanın şərqində toqquşmalar davam edir

Ukrayna Terrorla Mübarizə Mərkəzinin Sözçüsü Andriy Lysenko bildirib ki, Rusiya tərəfdarı separatçıların son 24 saatda təşkil etdiyi hücumlarda bir Ukrayna əsgəri ölüb, beş əsgər isə xəsarət alıb.
Lysenko sözlərinə görə, separatçıların şərqdəki Rusiya tərəfdarları ağır silahlarını cəbhə xəttindən tamamilə çəkmədiyi müddətdə ordu birlikləri də cəbhə xəttində ağır silahlarını və əsgərlərini tamamilə çəkməyəcək.
Digər tərəftən, Ukraynanın cənub-şərqindəki Donetsk yaxınlığında yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarına, separatçılar tərəfindən atəş açılıb.
Terrorla Mübarizə Mərkəzindən bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarına təşkil edilən hücumda ölən ya da xəsarət alan olmayıb.
Bəyanatda həmçinin bildirilib ki, dünən separatçılar 24 dəfə atəşkəs rejimini pozub. Hücumlarda Lozovoe, Luhanskoe, Opitnoe, Avdeevka və Şirokino qəsəbələrinin hədəf alındığı da ifadə edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr