ABŞ-dan İrana xəbərdarlıq

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi John Kerry, Almaniya Xarici İşlər naziri Frank-Walter Steinmeier ilə görüşüb.

260473
ABŞ-dan İrana xəbərdarlıq

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi John Kerry, Almaniya Xarici İşlər naziri Frank-Walter Steinmeier ilə görüşüb.
Vaşinqtonda reallaşan görüşdə İran və Ukrayna məsələləri müzakirə olunub.
John Kerry, İran ilə P5+1 ölkələri arasında aparılan nüvə müzakirələrində ‘tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağı' ümid etdiyini bildirib.
Kerry bildirb ki, İran nüvə silahı hazırlamayacağına dair dünya ictimaiyyətinə təminat verməlidir.
Steinmeier də, İrana bu məsələdə ortaq məxrəcə gəlməyi təklif edərək ‘‘İranı nüvə silahından istifadə edə bilməyən bir ölkə kimi görmək istəyirik’’ deyə bildirib.
Ukrayna mövzusunu da qiymətləndirən John Kerry, hal-hazırdaki prosesdə hələ ki, əhəmiyyətli problemlərin yaşandığını bildirib.
Kerry, barışcıl və bütöv bir Avropanın zəmanət altına alınmasını və Minsk razılaşmasının həyati əhəmiyyətə malik olduğunu qeyd edib.
Steinmeier də Vaşinqton ziyarətindən əvvəl, Ükraynanın şərqindəki böhranla əlaqədar Rusya Xarici İşlər naziri Sergey Lavrov ilə telefon danışığı haqqında məlumat verib.
Steinmeier, görüşdə tərəflər arasında atəşkəsin pozulmasının qarşısının alınmasının vacibliyini  vurğulayaraq, Minsk razılaşmasının icrası müddətində bir sonrakı mərhələyə geçiləbiləcəğinin mesajını verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr