Qan donduran sərgi

Suriyada rejim tərəfindən işgəncə edilən və qeyri-insani şəkildə öldürülən 11 min adamın fotoşəkillərindən ibarət sərgi BMT-nin Nyu-Yorkdaki Mərkəz binasında açılıb.

258172
Qan donduran sərgi

Suriyada rejim tərəfindən işgəncə edilən və qeyri-insani şəkildə öldürülən 11 min adamın fotoşəkillərindən ibarət sərgi BMT-nin Nyu-Yorkdaki Mərkəz binasında açılıb.
Anadolu Agentliyinin dünyaya yaydığı və Suriyada Əsəd rejiminin törətdiyi cinayətləri sənədləşdirən fotoşəkillər, Türkiyə,ABŞ, Qətər, Fransa və İngiltərənin də aralarında olduğu 16 ölkənin dəstəyi ilə beynəlxalq cəmiyyətin diqqətinə təqdim edilib.
Sərginin açılışında çıxış edən Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının ABŞ və BMT nümayəndəsi Nəcib Ghadbian deyib ki; Suriya hal-hazırda fotoşəkillərdəkinə oxşar vəhşilik hadisələrini yaşanmağa davam edir.
Ghadbian həmçinin, Əsəd rejiminin ötən il 32 min 507 adamı öldürdüyünü və bunların 75 faizinin dinç əhali olduğunu və təxminən 200 min Suriyalının da həbsxanalarda olduğunu və fotoşəkillərdəkinə bənzər işgəncələrə məruz qaldıqlarını bildirib.
Nəcib Ghadbian, Suriyadakı böhranın Cenevrə Bəyannaməsi əsasında siyasi dialoqla həll edilməsinə inandıqlarını ifadə edərək, ‘‘Biz müharibə günahkarlarının hesab verməsinin siyasi həllin bir parçası olmasını istəyirik” deyə vurğulayıb.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik isə , işlənən cinayətlərin həmişə cəzasız qaldığını ifadə edərək, "Suriya rejimi törətdiklərinin hesabını verəcək. Suriya xalqı da ölkələrini küllərindən yenidən inşa edəcəklər" deyib.
Çevik, Türkiyənin Suriya xalqı və onların əssas nümayəndələri ilə həmrəylik içərisində olmaqdan şərəf duyduğunu ifadə edərək ‘‘Beynəlxalq cəmiyyət, BMT-nin öz dəyərlərinə sahib çıxaraq Suriya xalqının ağrılarını azaldacağı günü gözləyir. O gün gəldiyində bu fotoşəkildəki insanlar hüzur içində yatacaqlar’’ deyərək fikirlərini tamamlayıb.
Qeyd edək ki, sərgi Martın 20-nə kimi açıq qalacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr