Kerri Misir və İsveçrəyə səfər edəcək

Con Kerri Mart ayının 12-də Misirə səfər edəcək

256637
Kerri Misir və İsveçrəyə səfər edəcək

ABŞ-nın Xarici İşlər Nazirliyinın Sözçüsü Jen Psaki, Kerrinin Mart ayının 12-də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Misir İqtisadi İnkişaf Konfransında iştirak edəcəyini deyib.
Psaki bildirib ki, ABŞ Dövlət katibi Con Kerri burada, Misir Prezidenti Əbdul Fəttah es Sisi və bu ölkənin yüksək vəzifəli səxsləri ilə görüşəcək , koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizəsi, Liviyadakı vəziyyət və Suriyada davam edən böhranla yanaşı, ikitərəfli və qlobal məsələlər də müzakirə olunacaq.
Psaki həmçinin Con Kerrinin Mart ayının 15-də İsveçrədə, 5+1 ölkələri ilə İran arasında aparılan müzakirələr çərçivəsində, İran Xarici İşlər Naziri Cavad Zərif ilə bir araya gələcəyini də vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr