"Boko Haram"a qarşı ortaq əməliyyat

Nigeriyada “Boko Haram” təşkilatına qarşı Niger və Çad hərbi birliklərinin ortaq hava və quru əməliyyatları başlayıb.

254577
"Boko Haram"a qarşı ortaq əməliyyat

  Ölən və yaralanan olub-olmadığı barədə məlumat verilməyib.

  Niger ordusunun sözçüsü Mustafa Ledru bildirib ki, “Ortaq əməliyyat Nigerin cənub-şərqindəki Diffa şəhərindən başlayıb, “Boko Haram” təşkilatının sərhədə yaxın düşərgələrinə qədər irəliləyəcək”.

  Xatırladaq ki, Nigeriya və sərhəd qonşuları Kamerun, Benin, Çad və Niger regional təhdid halına gələn “Boko Haram”a qarşı hələ 7 fevral tarixindən 8750 əsgəri hərbi vəziyyətə gətirmişdilər. Bundan başqa, Benin prezidenti Boni Yavi qısa müddətə bölgəyə 700 əsgər göndərəcəyini də bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr