BMT Tehlükesizlik Şurası Suriyanı qınayıb

BMT Təhlükəsizlik Şurası Suriya münaqişəsində kimyəvi silahdan, o cümlədən xlordan istifadə etmə hallarını pisləyən qətnamə layihəsini qəbul edib.

251912

ABŞ tərəfindən təklif olunan qətnamənin lehinə, Rusiya daxil olmaqla 14 dövlət səs verib. Venesuela nümayəndəsi bitərəf qalıb.
Qǝbul edilǝn sǝnǝddǝ bildirilib: “BMT Təhlükəsizlik Şurası bir daha bəyan edir ki, kimyəvi silahdan istifadə beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir. Şura kimyəvi silahdan istifadə edənləri məsuliyyətə cəlb olunmasına çağırır”.
Qeyd edǝk ki, xlor qazının digǝr kimyǝvi silahlarla eyni xüsusiyyǝtǝ sahib olduğu vǝ ağ ciyǝrlǝrdǝ yanma ilǝ ani ölümlǝrǝ sǝbǝb olur
Ticarǝti sǝrbǝst olan xlor qazının silah olaraq istifadǝ edilmǝsi 1997-ci ildǝ yayımlanan kimyǝvi silahlar konvesiyası tǝrǝfindǝn qadağan edilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr