Söz azadlığının pozulması iddiası

251452
Söz azadlığının  pozulması iddiası

Fransa məhkəməsi sosial şəbəkə saytı Facebook haqqında söz azadlığının pozulması iddiasına təzədən baxmağa qərar verib.
Məhkəmə prosesi 21 mayda başlayacaq.
Adı gizli saxlanan bir şikayətçi saytının divarına məşhur rəssam Coustave Coubertin 19-cu əsrə aid erotik tablosunu paylaşıb. Facəbook isə söz azadlığını pozaraq onun həsabına əngəl yaradıb. O da bununçün məhkəməyə baş vurub.
Facebookun vəkili Carolina Lyannaz “Şirkətin mərkəzi Kaliforniyaddır. Qərar yalnız ABŞ hökümətinin səlahiyyətinə daxil olub” deyə şikayəti rədd edib.
Ancaq şikayətçi tərəfin vəkili Stephane Cottineau “Şikayət Fransa hökumətinin səlahiyyətindədir" fikrindədir.
Fransa hökuməti isə öz növbəsində bildirib ki, “Terroru tərifləyən, irqçi və xarici düşmənliyi qızışdıran paylaşmalar qadağan edilməlidir. Məşhur sosial şəbəkə saytları qanuni olaraq məsul bir adresə malik olmalıdırlar.”
Daxili İşlər naziri Bernard Cazeneuve keçən ay ABŞ-a etdiyi səfəri zamanı “İnformasiya cinayətləri ilə mübarizədə daha mühüm tədbirlər görmək və bu məqsədlə əlaqədar şirkətlərin nümayəndələri ilə bir araya gəlmək lazımdır” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr