Manilada baş verǝn yanğında yüzlǝrlǝ ev yanıb

Ümumilikdǝ yoxsulların yaşadığı 400-ǝ yaxın şǝxsi ev yanaraq kül olub.

245830
Manilada baş verǝn yanğında yüzlǝrlǝ ev yanıb

Filippinin paytaxtı Manilada baş verǝn yanğında yüzlǝrlǝ ev yanıb.
Ümumilikdǝ yoxsulların yaşadığı 400-ǝ yaxın şǝxsi ev yanaraq kül olub.
Evlǝrdǝ yaşayan sakinlǝr, yanğın söndürmǝ dǝstǝlǝrinin çox gec müdaxilǝ etdiklǝrini bildiriblǝr.
Mart ayında hava tempratununun artması ilǝ ölkǝdǝ yanğınlara qarşı tǝdbirlǝr dǝ artırılır. Ancaq evlǝrin birbirinǝ yaxın olduğu vǝ yanğın söndürmǝ maşınlarının girmǝkdǝ çǝtinlik çǝkdiyi bölgǝdǝ yanğınlar hǝr il ciddi miqdarda ziyan vurur.
Argentinanın cǝnubundakı Çubut bölgǝsindǝ baş verǝn meşǝ yanğını isǝ külǝyin tǝsiri ilǝ başqa istiqamǝtǝ üz tutaraq yaşayış mǝntǝqǝlǝrini tǝhdid edir.
Bölgǝdǝ 500 ailǝnin yaşadığı bir qǝsǝbǝ tamamilǝ boşaldılıb.
Yanğın min hektarlıq meşǝlik sahǝni kül edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr