Boris Nemtsov silahlı hücum nǝticǝsindǝ qǝtlǝ yetirilib

Rusiyada müxalifǝtin tanınmış siyasi xadimlǝrindǝn biri olan Boris Nemtsov silahlı hücum nǝticǝsindǝ qǝtlǝ yetirilib.

241631
Boris Nemtsov silahlı hücum nǝticǝsindǝ qǝtlǝ yetirilib

Rusiyada müxalifǝtin tanınmış siyasi xadimlǝrindǝn biri olan Boris Nemtsov silahlı hücum nǝticǝsindǝ qǝtlǝ yetirilib.
Hadisǝ Kreml meydanı yaxınlığında baş verib.
Nemtsovun öldürülmǝsini pislǝyǝn Rusiya prezidenti Vladimir Putin, hadisǝnin arxasında pulla ǝlǝ alınan qatillǝrin ola bilǝcǝyini deyib.
Boris Nemtsovun qatillərinin yaxalanması ilə bağlı "əməliyyat planı" həyata keçirilir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib.
Verilǝn mǝlumata ǝsasǝn naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova dörd dəfə atəş açıblar. O, hadisə yerində ölüb.
Hadisǝni, ABŞ dǝ pislǝyib. Ağ ev, hökumǝtin hadisǝnin mǝsullarını yaxın zamanda saxlayıb mǝhkǝmǝyǝ çıxarmasını istǝyib.
Putini tǝnqid edǝn şǝxslǝr arasında yer alan Boris Nemstov, Boris Yeltsinin hakimiyyǝti zamanı baş nazir müavini işlǝyib.
2003-cü ildǝn parlamentdǝn ayrılan Nemstov müxtǝlif müxalifǝt partiyalarının qurulmasında rol götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr