Dünyada ǝn çox qaçqının yaşadığı ölkǝ Türkiyǝdir

BMT Tǝhlükǝsizlik Şurasında Suriyadakı humanitar vǝziyyǝt bir daha müzakirǝ edilib.

239620
Dünyada ǝn çox qaçqının yaşadığı ölkǝ Türkiyǝdir

BMT Tǝhlükǝsizlik Şurasında Suriyadakı humanitar vǝziyyǝt bir daha müzakirǝ edilib.
Suriyaya humanitar yardım çatdırılması mǝqsǝdi ilǝ qǝbul edilǝn 2139 nömrǝli qǝrarın tǝtbiqindǝ baş verǝn problemlǝr dǝyǝrlǝndirilib.
BMT-nin qaçqınlar üzrǝ ali komissarı Antonio Quttares, Suriyadakı toqquşmaların hal-hazırda humanitar sahǝdǝ ǝn ciddi tǝhlükǝ olduğunu, bölgǝ ilǝ yanaşı beynǝlxalq sülh vǝ sabitliyi dǝ tǝhdid etdiyini bildirib.
Suriyaya qonşu ölkǝlǝrin qarşı-qarşıya olduğu olduğu problemlǝrǝ toxunan Quttares, Türkiyǝnin dünyada ǝn çox qaçqının yaşadığı ölkǝ Türkiyǝ olduğunu vurğulayıb.
Antonio Quttares deyib ki, Türkiyǝ hökumǝti keçǝn il qǝbul etdiyi önǝmli bir qǝrarla, suriyalı qaçqınlara müvǝqqǝti çalışma icazǝsi, pulsuz tǝhsil vǝ sǝhiyyǝ xidmǝtindǝn istifadǝ etmǝ imkanı verdi.
Liviyadakı suriyalı qaçqınların ümumilikdǝ tǝhlükǝsizliyi tǝmin edilmǝyǝn yerlǝrdǝ yaşadıqlarını bildirǝn Quttares, Livan, İordaniya vǝ Şimali İraqdakı qaçqınların bu bölgǝlǝrin iqtisadiyyatına vǝ sosial hǝyatına ciddi sǝviyyǝdǝ mǝnfi tǝsirinin olduğunu deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr