Əfqanıstanda qaçırılma hadisəsi

Əfganistanda avtobus 30 sərnişin ilə Taliban tərəfindən gaçırılıb.

230436
Əfqanıstanda qaçırılma hadisəsi

Əfganistanda avtobus 30 sərnişin ilə Taliban tərəfindən gaçırılıb.
Hadisə Əfganistanın cənubunda yerləşən Zebul şəhərinin Şah Coy qəsəbəsində baş verib.
Yerlı xəbər agentliklərinin məlumatına görə, Taliban silahlıları tərəfindən dayandırılan avtobusun 30 sərnişini naməlum istiqamətə aparılıb.
Şah Coy qəsəbəsinin icra nümayəndəsi Abdul Halik Ayubi, hadisəni təsdiqləyərək, qaçırılanların axtarıldığını bildirib.
Digər tərəfdən, Əfqanıstan İcra Heyəti Başçısı Abdullah Abdullah, Taliban ilə sülh danışıqlarına yaxın zamanda başlayacaqlarını bildirib.
Qeyd edək ki, Taliban məlum hadisə ilə bağlı hər-hansı bir açıqlama verməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr