Amerika vətəndaşlığından çıxanların sayı 3415-ə yüksəlib

Amerika vətəndaşlığından çıxanların sayı 3415-ə yüksəlib

219751
Amerika vətəndaşlığından çıxanların sayı 3415-ə yüksəlib

  Pasportlarından imtina edən Amerika vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 14 faiz artaraq rekord səviyyəyə çatıb. Mütəxəssislər bunun səbəbini xarici ölkələrdə yaşayan Amerika vətəndaşlarının yüksək vergi verməmək və kompleks sənəd işləriylə məşğul olmamaq üçün etdiklərinə bağlayır.

  Amerika vətəndaşlığından imtina sayının qarşıdakı illərdə daha da artması gözlənilir. Bu adlardan ən gözə çarpanı London Bələdiyyəsinin sədri Boris Consondur (Johnson). Həm Amerika, həm də İngiltərə vətəndaşı olan Johnson Amerika vətəndaşlığından imtina edəcəyini bildirib. Və bunu iki səbəblə izah edib: həm Amerikaya ödəmək məcburiyyətində olduğu vergilərə görə, həm də yalnız İngiltərə vətəndaşlığını daşımaqla ölkəsinə olan bağlılığını göstərmək üçün. Amma deyilənə görə, may ayında olacaq seçkilərə hazırlıq qabağı belə bir addımı atıb. Johnson isə bu fikri təkzib edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr