"ABŞ-da heç kəs xarici görünüşünə, inancına görə hədəfə alınmama

ABŞ prezidenti Barak Obama 3 müsǝlmanın öldürülmǝsindәn sonra edilәn etirazlar qarşısında hadisǝyǝ münasibǝt bildirib.

218383
"ABŞ-da heç kəs xarici görünüşünə, inancına görə hədəfə alınmama

ABŞ prezidenti Barak Obama 3 müsǝlmanın öldürülmǝsindәn sonra edilәn etirazlar qarşısında hadisǝyǝ münasibǝt bildirib.
Obama Şimali Karolinada 3 müsəlman tələbənin "qəddarcasına" qətlə yetirilməsini pisləyǝrǝk deyib ki, ABŞ-da heç kəs xarici görünüşünə, inancına görə hədəfə alınmamalıdır.
Obama vǝ hǝyat yoldaşı öldürülən tələbələrin yaxınlarına başsağlığı verib və qətl hadisəsinin motivinin dini nifrət olub-olmadığını araşdırmağı tələb edib.
Qeyd edǝk ki, Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Obamanı hadisəyə dərhal reaksiya verməməkdə ittiham etmişdi.
23 yaşlı Deah Shaddy Barakat, onun 21 yaşlı həyat yoldaşı Yusor Mohammad Abu-Salha və 19 yaşlı başqa bir qohumu Razan Mohammad Abu-Salhanı öldürən şəxs polisə təslim olub.
Məlumata görə, həmin şəxs - Craig Stephen Hicks tələbələrin qonşusu olub və onlar arasında avtomobillərin harda saxlanması üstündə xeyli müddətdir mübahisə varmış.
Bu arada, polisin Craig Stephen Hicksin evindǝ 10-dan artıq silah-sursat ǝlǝ keçirdiyi bildirilib.
Paytaxt Vaşinqtonda isǝ öldürülǝn 3 gǝnc unudulmayıb. Gǝnclǝrin öldürülmǝsinǝ diqqǝt çǝkmǝk istǝyǝn müsǝlmanlar Ağ evin qarısında cümǝ namazı qılıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr