Obama, Kayla Müllerin ailəsinə başsağlığı verib

Terror tǝşkilatı DAİŞ-ın son qurbanı, dünyanın müxtǝlif yerlǝrindǝ könüllü işlǝyǝn amerikalı humanitar yardım işçisi Kayla Müller olub.

216529
Obama, Kayla Müllerin ailəsinə başsağlığı verib

Terror tǝşkilatı DAİŞ-ın son qurbanı, dünyanın müxtǝlif yerlǝrindǝ könüllü işlǝyǝn amerikalı humanitar yardım işçisi Kayla Müller olub.
Qeyd edǝk ki, Kayla Müller terror tǝşkilatı tǝrǝfindǝn 2013-cü avqust ayından bǝridir girov saxlanılırdı vǝ daha öncǝ koalisiya ölkǝlǝrinin Suriyadakı hava hücumunda öldüyü irǝli sürülmüşdü.
ABŞ prezidenti Barak Obama, Müllerin ailǝsinǝ başsağlığı verib.
ABŞ Müdafiǝ Nazirliyi nümayǝndǝsi Con Körbi dǝ Müllerin ölümündǝn DAİŞ-ın mǝsul olduğunu, ancaq Müllerin nǝ zaman vǝ necǝ öldüyünü hǝlǝ dǝqiqlǝşdirǝ bilmǝdiklǝrini bildirib.
Wall Stret qǝzeti, terror tǝşkilatının, 26 yaşındakı Müllerin kǝfǝnǝ sarılmış şǝkillǝrini ailǝsinǝ göndǝrdiyini yazıb.
Kayla Müller, Suriyanın Hǝlǝb şǝhǝrindǝ girov saxlanılmadan öncǝ danimarkalı bir humanitar yardım tǝşkilatı adından işlǝyirdi.
Digǝr tǝrǝfdǝn, tǝşkilata qoşulan ǝcnǝbilǝrin sayı 20 minǝ çatıb.
Bu barədə məlumat Amerika mətbuatının əldə etdiyi ABŞ Konqresi Nümayəndələr palatasının Milli Təhlükəsizlik Komitəsinin sənədlərində öz əksini tapıb.
Məlumata görə, silahlıların sıralarında Qərb dövlətlərinin azı 3,4 min vətəndaşı döyüşür.
Azı 150 ABŞ vətəndaşı Suriyadakı münaqişə zonasına getməyə cəhd edib, lakin onların bir qismi Orta Şərqə gedərkən yolda həbs edilib, bir hissəsi isə döyüşlərdə həlak olub.
ABŞ Milli Antiterror Mərkəzinin rəisi Nik Rasmussen qeyd edib ki, Suriyaya silahlılar tərəfində döyüşməyə yollanan əcnəbilərin sayı son 20 ildə Əfqanıstan, Pakistan, Yəmən, Somali və İraqda silahlılara qoşulan əcnəbilərin sayını xeyli üstələyir.
Onun məlumatına görə, İraq və Suriyada silahlıların sırasında azı 90 dövlətdən gəlmiş əcnəbi döyüşür.
Bu arada, Barak Obama, orduya, DAİŞ-ǝ qarşı üç il müddǝtindǝ hǝrbi gücdǝn istifadǝ etmǝ sǝlahiyyǝti verilmǝsi üçün hazırladığı layihǝni Konqresǝ tǝqdim etmǝyǝ hazırlaşır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr