Tayvanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 35-ə çatıb

Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında qǝzaya uğrayan “TransAsia” aviaşirkətinə məxsus təyyarənin itkin olan 8 sǝrnişini axtarış fǝaliyyǝtlǝri davam edir.

213171

Xilasedicilər artıq təyyarənin “qara qutu”larını aşkar ediblər.
Qara qutuların tədqiq edilməsindən sonra məlum olub ki, problem yarandıqdan dərhal sonra pilot bu barədə dispetçeri məlumatlandırıb.
Təyyarənin mühərrikində nasazlıq olduğunu başa düşdükdən sonra pilot normal uçuş planında dəyişiklik edərək təyyarəni Keelung çayına istiqamətləndirib.
Yerli media həyatını itirən 3 nəfərin uşaq olduğunu bildirib.
Qeyd edək ki, çayda axtarış-xilas etmə işləri davam edir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr