İordaniyanın İŞİD-ə cavabı sərt olacaq

Kral Abdullah terror təşkilatı İŞİD-in iordaniyalı pilot Muaz əl-Kesasibeni yandıraraq öldürməsindәn sonra paytaxt Ommanda Ordu Komandirliyi Qərargahında yüksәk çinli hәrbçilәrlә bir araya gəlib.

212137
İordaniyanın İŞİD-ə cavabı sərt olacaq

Kral Abdullah terror təşkilatı İŞİD-in iordaniyalı pilot Muaz əl-Kesasibeni yandıraraq öldürməsindәn sonra paytaxt Ommanda Ordu Komandirliyi Qərargahında yüksәk çinli hәrbçilәrlә bir araya gəlib. Bu barәdә İordaniya Kralı Divanından mәlumat verilib.
Bildirilir ki, Kral çıxışında şəhid pilot Muaz əl-Kesasibenin qanınının yerdə qalmayacağını, cinayәtkarlara qarşı daha sәrt tәdbirlәrin ğörülәcәyini vurğulayıb.
Kral Abdullah deyib ki, bu terrorçu təşkilat yalnız bizimlə döyüşmür, İslam dininin dəyərləri ilə də döyüşür. “Biz bu döyüşә inancımızı, dəyərlərimizi, insani prinsiplərimizi qorumaq üçün gedirik. Buna görә döyüşümüz amansız olacaq”-, deyə Kral sözlәrinә әlavә edib.
Bu arada, İordaniyanın müxtəlif kilsələrində Kesasibe üçün ayinlər oxunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr