ABŞ və Venesuela arasında "viza müharibəsi"

ABŞ və Venesuela arasında “viza müharibəsi”

208000
ABŞ və Venesuela arasında "viza müharibəsi"

  Vaşinqton bəzi Venesuela hökumət rəsmilərinə viza qadağası tətbiq etməyə başlayıb.

  Adı açıqlanmayan bu rəsmilər insan haqlarının pozulmasında və korrupsiyada günahlandırılır. Qadağanın onların bütün ailə üzvlərinə şamil ediləcəyi gözlənilir.

  Ölkəsinin suverenlik haqqlarının pozulduğunu bildirən Venesuelanın dövlət başçısı Nicolas Maduro bunu “həddini aşan və təcavüzkar bir qərar” adlandırıb.

  Maduro həmçinin ABŞ vitse-prezidenti Joe Bidenin Karib ölkələri dövlət rəhbərlərinə “Venesuela hökumətinin ömrünə az qaldığını” deyib.

  Bu məsələ iki dövlət arasında vizayla bağlı ilk dəfə yaranan problem deyil.
Venesuelanın eks-prezidenti Hugo Chavezin 2005-ci ildə BMT-nin zirvə toplantısına edəcəyi səfərdən əvvəl Venesuela heyətinə viza verilməmiş və hadisə diplomatik krizisə səbəb olmuşdu.

  Venesuela da 2013-cü ilin oktyabr və 2014-cü ilin fevral aylarında müxalifətlə əməkdaşlıq etdiyi bəhanəsiylə ABŞ konsolluğunun 6 işçisini deportasiya etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr