Sapen:"Yunanıstanla yeni bir müqavilǝ bağlamalıyıq"

Fransa Maliyyǝ naziri Michel Sapin (Mişǝl Sapen), Yunanıstan Maliyyǝ naziri Yannis Varufakis ilǝ Parisdǝ bir araya gǝlib.

205591
Sapen:"Yunanıstanla yeni bir müqavilǝ bağlamalıyıq"

Fransa Maliyyǝ naziri Michel Sapin (Mişǝl Sapen), Yunanıstan Maliyyǝ naziri Yannis Varufakis ilǝ Parisdǝ bir araya gǝlib.
Mişel Sapen görüş zamanı Yunanıstanın Avropa İttifaqına borcu barǝdǝ deyib ki, Yunanıstanla yeni bir müqavilǝ bağlamalıyıq. Dövlǝtin borcu gündǝmdǝki mövzulardan sadǝcǝ biridir. Yunanıstana dost bir ölkǝ olan Fransa üzǝrinǝ düşǝni yerinǝ yǝtirǝcǝk.
Yunanıstan Maliyyǝ naziri Varufakis isǝ yaxın zamanda Berlin vǝ Frankfurta sǝfǝr etmǝyi planlaşdırdığını qeyd edǝrǝk, ölkǝsinin yeni bir borc paketi istǝmǝdiyini vurğulayıb.
Nazir bildirib ki, Yunanıstan borclara asılı bir ölkǝ halına gǝlib, biz bu vǝziyyǝtǝ son qoymaq üçün seçildik.
Sosiailist partiyanın toplantısında çıxış edǝn Fransa Baş naziri Manuel Valls (Manüel Vals) da, Yunanıstan xalqının seçimlǝrinǝ hörmǝtlǝ yanaşılmasının vacibliyinǝ toxunaraq deyib ki, cǝza tǝdbirli kǝmǝr sıxma siyasǝtlǝri artıq Avropa İttifaqının layihǝlǝrindǝn olmayacaq. Fransa, mǝsuliyyǝtlǝrinǝ ǝmǝl etmǝsi vǝ Avrozonada qalması üçün Yunanıstanı tǝşviq etmǝlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr