Kanadada saatda 100 kilometri aşan qar fırtınası

Kanadada saatda 100 kilometri aşan qar fırtınası

205717
  Kanadada saatda 100 kilometri aşan qar fırtınası

  Ölkə daxilində ağır qış şərtləri həyatı iflic edib.

 Camaata qabaqcadan xəbərdarlıq deyilmişdi. Amma yenə də insanlar bu qədərini gözləmirdilər.

  Qar fırtınası Nyufoundlend əyalətinin bəzi bölgələrində saatda 150 kilometrə çatdı, Ontario əyalətinin Toronto, Mississauga, Hamilton və Niagara Falls bölgəsini isə öz təsiri altına aldı. Şəhəriçi və şəhərlərarası yollarda quru və hava nəqliyyatında ləngimələr yaşandı. Məktəblər və rəsmi dairələr müvəqqəti olaraq tətil edildi, amma polis, tibb, istilik və bəzi ictimai qurumlar çalışdı.

  Kanada qanunlarına görə, təkərlərə zəncir taxmaq qadağan olunduğu üçün ölkədə qar və buz tez-tez yol qəzalarına səbəb olur. Meteoroloji İdarə hava şərtlərinin həftənin ortasına qədər belə olacağını bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr