Cəsədlərin sayı 77-yə yüksəlib

Cəsədlərin sayı 77-yə yüksəlib

206679
Cəsədlərin sayı 77-yə yüksəlib

  İndoneziyadan Sinqapura gedən 162 nəfərlik sərnişin təyyarəsi dənizə düşdükdən sonra hələ də sularda cəsədlərin axtarışı davam edir. Yenə 7 ölü tapılıb.

  Ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinin sədri Suyadi Bambanq son tapılanlarla cəsədlərin sayının 77-yə yüksəldiyini deyib. Axtarış işlərinə 68 dalğıc da cəlb etdiklərini söyləyən Bambanq təyyarənin gövdəsini suyun səthinə çıxarmağa çalışdıqlarını qeyd edib.

  Xatırladaq ki, AirAsia Hava yollarına aid “Airbus A320” tipli sərnişin təyyarəsi 2014-cü ilin 28 dekabrında İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən gözdən itmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr