Holokost qurbanlarının anım günü

Almaniya-Polşa sərhədi yaxınlığında faşist əsir düşərgəsi Auşvitzdǝki(Auschwitz) yǝhudilǝrin 70 il öncǝ rus ǝsgǝrlǝri tǝrǝfindǝn xilas edilmǝsi Polşanın Krakow şǝhǝrindǝ keçirilǝn mǝrasimdǝ anılıb.

199143
Holokost qurbanlarının anım günü

Almaniya-Polşa sərhədi yaxınlığında faşist əsir düşərgəsi Auşvitzdǝki(Auschwitz) yǝhudilǝrin 70 il öncǝ rus ǝsgǝrlǝri tǝrǝfindǝn xilas edilmǝsi Polşanın Krakow şǝhǝrindǝ keçirilǝn mǝrasimdǝ anılıb.
Dünyanın hǝr tǝrǝfindǝn gǝlmiş liderlǝrin dǝ qatıldığı mǝrasimdǝ Türkiyǝni xarici işlǝr naziri Mövlud Çavuşoğlu ilǝ Türk Musǝvi Cǝmiyyǝtinin üzvlǝri tǝmsil edib.
Mǝrasimǝ soyqırımdan xilas olan 300-ǝ yaxın şǝxs dǝ dǝvǝt edilib.
İştirakçılar “ǝklil qoyma” mǝrasiminǝ qatılıb, şamlar yandırıblar.
Müxtǝlif filmlǝrǝ mövzu olan “Auschwitz Әsir Düşǝrgǝsi”ndǝki mǝrasimǝ, Ukrayna böhranındakı siyasǝtlǝrinǝ görǝ Rusiya lidǝri Putin dǝvǝt edilmǝyib.
Putin Moskvadakı Yǝhudi Muzeyindǝ keçirilǝn mǝsarimǝ qatılıb.
Xarici işlǝr naziri Mövlud Çavuşoğlu, mǝrasimdǝn sonra Türk jurnalistlǝrǝ verdiyi açıqlamada, ǝsir düşǝrgǝsindǝ insanların qazla zǝhǝrlǝnǝrǝk vǝ yandırılaraq öldürüldüyünü xatırladaraq, Suriya mǝsǝlǝsinǝ diqqǝt çǝkib.
Nazir deyib ki, bu gün tǝǝssüf ki, 100 il öncǝ yaşanan faciǝlǝrin bir sıra nümunǝlǝrinǝ şahid oluruq. Suriyada 200 mindǝn artıq insan öldürülüb. Bu ölkǝdǝ insanları öldürǝn vǝ öldürǝrkǝn dǝ kimyǝvi silah daxil hǝr metoddan istifadǝ edǝn bir rejim var.
Beynǝlxalq ictimaiyyǝtdǝn Suriya mǝsǝlǝsinǝ hǝssas yanaşmasını istǝyǝn Çavuşoğlu bildirib ki, nǝ terrorla mübarizǝdǝ, nǝ problemlǝrǝ hǝll yolu tapılmasında, nǝ dǝ bǝşǝri faciǝlǝrǝ qarşı çox sayda ölkǝ addım atmır. Beynǝlxalq tǝşkilatlar vǝ bir sıra ölkǝlǝr kifayǝtsiz qalır vǝ belǝ mǝsǝlǝlǝrǝ hǝssas yanaşmır.
Qeyd edǝk ki, Auschwitz, İkinci Dünya Müharibǝsi illǝrindǝ nazistlǝrin altı milyon yǝhudini öldürmǝsinin simvoludur.
BMT, “Auschwist Ölüm Düşǝrgǝsi”ndǝ tutulanların xilas edildiyi 27 Yanvarı, “Beynǝlxalq Holokost Yǝhudi Soyqırımını Anım Günü” elan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr