John Kerrydәn Rusiyaya xәbәrdarlıq

ABŞ dövlәt katibi John Kerry: "Hücumlar davam edərsə әks reaksiya doğuracaq"

197083
John Kerrydәn Rusiyaya  xәbәrdarlıq

ABŞ dövlәt katibi John Kerry ilә Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
ABŞ dövlәt katibliyindәn verilәn açıqlamada bildirilib: Kerry, ABŞ-ın, Ukraynanın cənubundakı Mariupol şәhәrindә Rusiya tərəfdarı separatçıların ağır texnikalarla təşkil etdiklәri və bir çox dinc sakinin həyatını itirdiyi hücumu pislәyib. Kerry mövzu ilә bağlı bildirdiyi münasibәtdә tәcili atəşkəsin bәrpasına, hәrbi texnikaların sәrhәddәn geri qaytarılmasına, sərhədin isә bağlanılmasına zәrurәt olduğunu qeyd edib.
Gərginliyin azaldılmasının hər kəsin mənfəətinə olduğunu ifadә edәn dövlәt katibi, “Rәsmi Vaşinqton tәrәflәrin razılaşmaları uğrunda edilәn sәylәrә dәstәk vermәkdә hazırdır” deyә vurğulayıb. Rusiyanın hücumlarının davam etməsi halında buna cavab verilәcәyini dә sözlәrinә әlavә edib.
Digәr tәrәfdәn iki hәmkar bu gün Moskvada baş tutacaq “Suriyada sülhün bәrpası səyləri” konfransı çәrçivәsindә bir araya gәlәcәk.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr