Suriyada humanitar vǝziyyǝt pislǝşmǝktǝdir

Munun Suriyaya humanitar yardım çatdırılmasına dair Tǝhlükǝsizlik Şurasına tǝqdim etdiyi hesabatda ölkǝdǝki humanitar vǝziyyǝtin pislǝşdiyi bildirilib.

196172
Suriyada humanitar vǝziyyǝt pislǝşmǝktǝdir

BMT Baş katibi Pan Gi Munun Suriyaya humanitar yardım çatdırılmasına dair Tǝhlükǝsizlik Şurasına tǝqdim etdiyi hesabatda ölkǝdǝki humanitar vǝziyyǝtin pislǝşdiyi bildirilib.
Pan Gi Mun hesabatda qeyd edib ki, rejimin dinc ǝhalinin yaşadığı bölgǝlǝrǝ barrel bombaları vǝ ağır silahlarla hǝyata keçirdiyi ǝmǝliyyatlarda çox sayda insan hǝyatını itirib vǝ ya ǝlil qalıb. Tәkcә dekabr ayında bombalı hücumlarla intihar ǝmǝliyyatlarında da artım qeydǝ alınıb.
Baş katib ölkǝdǝ humanitar yardımların çatdırılması üçün lazım olan şәraitin yaradılmadığını vurğulayaraq deyib ki, 212 min nǝfǝr hǝlǝ dǝ mühasirǝdǝ saxlanılaraq tǝhlükǝsizlik, sǝhiyyǝ vǝ ǝrzaq yardımından mǝhrum yaşayırlar. Bu insanlara yardım çatdırılmasına maneә yaradılır.
Baş katib Mun hesabatda İŞİD-in ǝmǝliyyatlarına da toxunaraq bildirib ki, Suriyanın üçdǝ-bir hissǝsinǝ nǝzarǝt edǝn tǝşkilat insan haqlarını tapdalamaqda davam edir.
İdlib vǝ Dera bölgǝlǝrindǝ Nusra cǝbhǝsi ilǝ digǝr radikal qrupların xarici ölkǝ vǝtǝndaşlarından döyüşçülǝri cǝlb etmǝ fǝaliyyǝtlǝrini davam etdirdiklǝri vǝ bu qrupların İdlibdǝ iki strateji hǝrbi bazanı ǝlǝ keçirdiklǝri dǝ bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr