Krımda tatarlara qarşı tǝzyiqlǝr davam edir.

Krımdan Ukraynaya daxil olmaq istǝyǝn Krım Tatar Xalqının Hüquqlarını Müdafiә Komitǝsinin koordinatorları keçid mǝntǝqǝsindǝ saxlanılıblar.

196165
Krımda tatarlara qarşı tǝzyiqlǝr davam edir.

Krımdan Ukraynaya daxil olmaq istǝyǝn Krım Tatar Xalqının Hüquqlarını Müdafiә Komitǝsinin koordinatorları- Abmǝcid Süleymanov, İskǝndǝr Bariyev vǝ Sinavǝr Kadirov keçid mǝntǝqǝsindǝ saxlanılıblar.
Ukraynanın Herson şǝhǝrindǝn müayinǝ mǝqsǝdi ilǝ İstanbula getmǝyi planlaşdıran Komitǝ koordinatorlarının sǝrhǝd mühafizǝçilǝri tǝrǝfindǝn 7 saat saxlanıldığı bildirilib.
Daha sonra İskǝndǝr Bariyev vǝ Abmǝcit Süleymanov sǝrbǝst buraxılıblar.
Sinavǝr Kadirov isǝ Ermǝnibazar şǝhǝrindǝki mǝhkǝmǝyǝ aparılıb.
Mǝhkǝmǝ Sinavǝr Kadirovun Rusiya qanunlarını pozduğunu iddia edәrәk onu 2 min rubl cǝrimǝ edib.
Mǝhkǝmǝdǝ rus pasportu almağı qǝbul etmǝyǝn vǝ Ukrayna vǝtǝndaşı olan Kadirova Rusiyada xaricilǝrin ǝn çox qala bilәcәyi 90 günlük müddǝtin bitdiyi bildirilib.
Halbuki Kadırovun dekabr ayında Krımdan çıxdığı, daha sonra yenidǝn yarımadaya qayıtdığı qeyd edilir.
Kadırov mǝhkǝmǝ qǝrarından şikayәt verәcәyini açıqlayıb.
Qeyd edǝk ki, Sinavǝr Kadirov Krımdan sürgün edilәn dördüncü şǝxsdir.
Daha öncǝ Krım Tatar xalqının milli lideri Mustafa Әbdülcǝmil Kırımoğlu, Krım Tatar Milli Mǝclisinin sǝdri Rüfat Çubarov vǝ Krım Tatar Milli Mǝclisi sǝdrinin Türkiyǝ üzrǝ müşaviri, Krım xǝbǝr agentliyinin koordinatörü İsmǝt Yüksǝlin 5 il müddǝtinǝ Krıma daxil olmağı qadağa edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr